Avropa
Avropa İttifqına cağırış: Öz ordunuzu yaradın
İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib ki, Avropa İttifaqı sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək vahid ordusunu yaratmalıdır.
Publika.az xəbər verir ki, Tajani bu barədə İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində deyib. Nazir qeyd edib ki, Avropanın müdafiə sahəsində daha sıx əməkdaşlığı Silvio Berluskoninin ölümündən sonra rəhbərlik etdiyi “Forza Italia” partiyası üçün prioritetdir.
“Əgər biz dünyada sülhməramlı olmaq istəyiriksə, Avropanın silahlı qüvvələrinə ehtiyacımız var. Bu, effektiv Avropa xarici siyasətini həyata keçirə bilmək üçün fundamental ilkin şərtdir”.
İtaliya Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, ABŞ, Çin, Hindistan, Rusiya kimi güclü oyunçuların olduğu, Yaxın Şərqdən Hind-Sakit okean regionuna qədər böhranların yaşandığı dünyada “İtaliya, Almaniya, Fransa və ya Sloveniya vətəndaşları yalnız Avropa Birliyi tərəfindən qoruna bilər."
Tajani həmçinin qeyd edib ki, 27 dövlətdən ibarət Aİ öz rəhbərliyini sadələşdirməli və Avropa Şurası sədrinin və Avropa Komissiyasının sədrinin hazırkı strukturundan daha çox vahid sədrliyə malik olmalıdır.
Cəmilə
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə






.jpg)































