Avropa
Daha bir ölkə 2030-cu ilə kimi Aİ-yə daxil ola bilər
Moldova planlaşdırılan 2030-cu ildən tez bir zamanda Avropa İttifaqının (Aİ) bir hissəsi ola bilər, bunun üçün referendum keçirmək lazımdır.
Publika.az xəbər verir ki, bunu parlamentin spikeri İqor Qrosu efirdə deyib.
Moldova prezidenti Maya Sandu dekabrın 24-də ikinci dəfə prezidentliyə namizəd olmaq niyyətində olduğunu açıqlayıb. Bundan əlavə, o, vətəndaşların respublikanın Avropa İttifaqına daxil olması ilə bağlı fikirlərini bildirə bilməsi üçün referendumun təşkili təşəbbüsü ilə parlamentdə çıxış edib. Referendum prezident seçkiləri ilə eyni gündə keçirilə bilər. Eyni zamanda, Moldova hakimiyyəti dəfələrlə bəyan edib ki, 2030-cu ilə qədər Avropa İttifaqına daxil olmağı qarşılarına məqsəd qoyublar.
“Bu il referendumun keçirilməsi və danışıqlar prosesinə tam sürətlə başlamaq çox vacibdir. Hesab edirəm ki, bizim Aİ-yə qoşulma anını daha da yaxınlaşdırmaq üçün (2030-cu ildən əvvəl -) mümkün olan hər şeyi etmək imkanımız və öhdəliyimiz var. Mən ukraynalı həmkarlarımda da eyni ruhu və yanaşmanı hiss edirəm”, – Qrosu Rlive telekanalında deyib.
-
Banklar 18:50
Müştərilərini itirən “Yelo Bank”ın kredit oyunu - 516 milyonluq depozit hara gedib?
-
Sosial18:40
Şəhid Xudayarın qardaşı müğənninin qızı ilə ailə qurur
-
Yaxın Şərq16:53
İsrail bu ölkədən qoşunlarını çıxarmağa başladı
-
Rəsmi xronika16:15
Prezident bu Məcəlləyə dəyişiklik etdi: 7 min manatadək cərimə
-
Sosial15:02
Təhsillə bağlı çağırışa möhlət verilməsi qaydasına dəyişiklik edilir
-
Sosial15:00
İlkin hərbi qeydiyyata alınma müddətləri dəyişir
-
Yaxın Şərq14:12
Vaşinqton rəsmən açıqladı: ABŞ və Türkiyə Suriyanın gələcəyi ilə bağlı razılığa gəldi
-
Hadisə13:36
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - Vəfat etmiş 11 şəxsi sağ kimi göstərib və...