Avropa
Macarıstanda "İsveç böhranı" - Parlamentin iclası baş tutmadı
Macarıstanda keçirilən “İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə ilə bağlı xüsusi sessiya” Fides və KDNP deputatlarının etirazı səbəbindən baş tutmayıb.
Publika.az xəbər verir ki, Macarıstanda müxalifət partiyalarının tələbi ilə Milli Assambleyada keçirilən “İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə üzrə xüsusi sessiya” hakim Fides (Macarıstan Vətəndaşlar Birliyi) və Xristian Demokrat Partiyasının etirazı səbəbindən baş tutmayıb.
Müxalifətdəki Demokratik Koalisiya və Macarıstan Sosialist Partiyasının tələbi ilə Milli Assambleyanın sədri Laslo Köver İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə üçün xüsusi sessiyanın keçirilməsini təsdiqləyib.
Müxalifət üzvləri iclasa qatılmayan iqtidar millət vəkillərinə reaksiya verib. Fides Partiyası Parlament Qrupunun sədri Mate Kocsis sosial media hesabından verdiyi açıqlamada sözügedən səsvermənin parlamentin normal iş dövründə keçirilə biləcəyini qeyd edib.
"Əgər NATO-ya üzv olmaq İsveç üçün vacibdirsə, Türkiyəyə getdikləri kimi bura da gəlməlidirlər", - Koçsis bildirib.
Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto məsələ ilə bağlı açıqlamasında Estoniyanın xarici işlər naziri Margus Tsahkna ilə telefon danışığı apardığını və mövcud vəziyyətlə bağlı məlumat verdiyini bildirib.
Bu arada keçirilməsi planlaşdırılan xüsusi sessiyada Slovakiya, Polşa, Danimarka və Norveç səfirləri ilə yanaşı ABŞ-ın Budapeştdəki səfiri Devid Pressman da iştirak edib.
Səfir Pressman mətbuata açıqlamasında bildirib ki, Macarıstan parlamentinin İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsverməsi ABŞ üçün çox vacibdir.
Aysel Şahmar
-
Nida Xəbər 10:40Hökumət üzvləri parlamentdədir
-
İdman10:30Güzgü qarşısında: Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA heyrətləndirdi
-
Nida Xəbər 10:18Azərbaycanın QHT nümayəndələri yenə də Ermənistana gedirlər
-
Cinayət dünyası09:36“Bossların bossu” öldü
-
Sosial09:33Əməkdar jurnalist vəfat etdi - FOTO
-
Dünya08:12Tailandda dəhşətli yanğın: 11 nəfər öldü, 40-a yaxın xəsarət alan var
-
İdman07:47Ronaldinyo 11 ildən sonra geri dönüb qol vurdu - Foto / Video
-
Region07:30Putin Rzayi ilə görün hansı məsələləri müzakirə edib - Səfir detalları açıqladı














.jpg)
























