Putinin Karlsonla müsahibəsi rekorda imza atdı
Bizi izləyin

Avropa

Putinin Karlsonla müsahibəsi rekorda imza atdı

Putinin Karlsonla müsahibəsi rekorda imza atdı

"Fox News"-un keçmiş aparıcısı Taker Karlsonun Rusiya prezidenti Vladimir Putinlə müsahibəsindən paylaşımı X sosial şəbəkəsində 24 saatdan az müddətdə 150 ​​milyondan çox baxış toplayıb.

Publika.az xəbər verir ki, repostların sayı 269 minə çatıb, 860 mindən çox insan videonu bəyənib.

Eyni zamanda, amerikalı jurnalistin "YouTube" kanalında bu müsahibəyə baxış sayı 8,3 milyon nəfəri ötüb.

Xatırladaq ki, Vladimir Putinin Taker Karlsonla sensasion müsahibəsi fevralın 9-da dərc olunmuşdu. Söhbət iki saatdan çox davam edib və bu müddət ərzində Rusiya lideri 60 sualı cavablandıra bilib. Artıq bəzi xarici siyasətçilər də bu hadisəyə münasibət bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm