Avropa
Macarıstan İsveçdən “Gripen” qırıcılarını alacaq
Macarıstan İsveçdən 4 ədəd “Gripen” qırıcı təyyarəsi alacaq. Bu barədə Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə isveçli həmkarı Ulf Kristerssonla birgə mətbuat konfransında deyib.
Publika.az xəbər verir ki, jurnalistlərlə görüşdən əvvəl tərəflər İsveç qırıcılarının Macarıstanda istifadəsi və texniki qulluğu barədə iki saziş imzalayıblar. Hazırda Macarıstan hərbi hava qüvvələrində 14 belə qırıcı var. “Biz Macarıstan müdafiə qüvvələrinin “Gripen” qırıcıları parkına daha 4 təyyarə əlavə edəcək, bununla da hərbi potensialımızı artıracaq və müdafiə qabiliyyətimizi daha da möhkəmləndirəcəyik”, - deyə Orban bildirib.
O, Macarıstanın kirayəsində olan “Gripen” qırıcılarının texniki qulluğunu və modernləşdirilməsini davam etdirməyi nəzərdə tutan ikinci sənədin vacibliyini də vurğulayıb. Orbanın sözlərinə görə, əldə olunan razılaşmaya əsasən, tərəflər bu sahədə hərbi-texniki və elmi əməkdaşlığa başlayacaqlar. Baş nazir vurğulayıb ki, bu, Ukraynada davam edən münaqişə və Qərbi Balkan regionunda qeyri-sabit vəziyyət fonunda çox mühümdür.
“JAS 39 Gripen” İsveçin fəxridir, eləcə də bizim sualtı hərbi texnika, radiolokasiya texnologiyası və s. imkanlarla yanaşı NATO-ya aparacağımız aktivlərdən biridir. Şadam ki, tezliklə Avropa hava məkanında daha çox “Gripen”lər uçacaq”, - deyə İsveçin Baş naziri mətbuat konfransında bəyan edib.
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi











.webp)






.jpg)







.jpg)





.jpg)




