Makron dünya müharibəsi başlatmaq istəyir - Volodin
Bizi izləyin

Avropa

Makron dünya müharibəsi başlatmaq istəyir - Volodin

Fransa prezidenti Emmanuel Makron NATO qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı açıqlamaları ilə yeni qlobal konflikt alovlandırmağa çalışır.

Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

O bildirib ki, Makron 19-cu əsrdə minlərlə ordusu Rusiyaya məğlub olan Napoleon Bonapartın məğlubiyyətini xatırlamalıdır: “Şəxsi gücünü qorumaq üçün Makron üçüncü dünya müharibəsini alovlandırmaqdan daha yaxşı bir şey tapmadı. Onun təşəbbüsləri Fransa vətəndaşları üçün təhlükəli olur”.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron NATO qoşunlarının Ukraynaya göndərilməsini təklif etmişdi. Lakin Fransa Müdafiə Nazirliyi onun bəyanatını fərqli şərh edib.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm