Avropa
Rusiyanın NATO-ya hücumuna dair planı yayıldı
Almaniyanın "Bild" jurnalı Rusiyanın NATO-ya hücumunun nəzəri ssenarisini dərc edib.
Publika.az xəbər verir ki, ssenari parlamentə təqdim edilən hökumət sənədinə əsaslanır. Ssenariyə əsasən hücum dörd mərhələdən ibarət ola bilər. Birinci mərhələ Qərb cəmiyyətini parçalamaq üçün media və sosial şəbəkələrdə kütləvi dezinformasiya kampaniyasından ibarətdir. Kritik infrastruktur obyektlərinə kiberhücumlar da mümkündür.
İkinci mərhələdə Moskva NATO sərhədləri boyunca hərbi manevrlərə başlayacaq, eyni zamanda casusluq və kiberhücumları artıracaq. Kosmosdakı ilk peyklər sıradan çıxa, o cümlədən Almaniyanın kimya zavodları və atom elektrik stansiyaları hücuma məruz qala bilər.
Üçüncü mərhələ rus qoşunlarının birbaşa işğalını əhatə edəcək. Dördüncü mərhələ quruda, suda, havada və kosmosda döyüşlərdədir. Moskvanın bioloji, kimyəvi və nüvə silahlarından istifadə etməsi, bütün elektron cihazları yandırmaq üçün elektromaqnit impulslarından istifadə etməsi mümkündür.
Qeyd edək ki, Yanvarda "Bild" qəzeti məxfi sənədə istinadən yazıb ki, Almaniya NATO ilə Rusiya arasında müharibə planı hazırlayır. Almaniya Müdafiə Nazirliyinin ssenarisinə görə, müharibə 2025-ci ilin yayında başlaya bilər. Materialın müəllifi hesab edir ki, toqquşmanın Belarusla Kalininqrad vilayəti arasında yerləşən Suvalki dəhlizində başlama ehtimalı yüksəkdir.
Aytən
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı