Avropa
Macarıstan Ukrayna üçün ayrılan pulu bu ölkəyə göndərəcək
Macarıstan Ukraynaya yardım və silah vermək əvəzinə, Avropa Sülh Fondundan aldığı vəsaiti Çadın müdafiəsinə dəstək üçün köçürməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
“Biz bu 14 milyon avronu Çadda təhlükəsizliyi gücləndirmək, ordu zabitlərini hazırlamaq və ölkənin silahlı qüvvələrinin imkanlarını artırmaq üçün yeni təhsil müəssisəsi yaratmaq üçün istifadə etmək qərarına gəldik”, - Siyarto qeyd edib.
O, belə bir təklifin sentyabrın 26-da Avropa İttifaqının Daimi Nümayəndələr Şurasında müzakirə olunacağını deyib. “Ümid edirik ki, bu təklif qəbul olunacaq”, - deyə siyasətçi əlavə edib.
Qeyd edək ki, Çad prezidenti Mahamat Debinin başçılıq etdiyi nümayəndə heyətinin iki günlük səfəri zamanı Macarıstan qeyri-qanuni miqrasiya ilə mübarizə, müdafiə və kənd təsərrüfatı sahələrində bir sıra sazişlər imzalayıb.
Akqabay
-
Sosial21:36Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:36Aila avto qəzadan sonra ilk layihəsini təqdim etdi - VİDEO
-
Sosial20:24“İlham baba mənə “KamAZ” göndərdi” - VİDEO
-
Elm və təhsil20:12İngilis dili müəllimi qüsursuz nitqi ilə diqqət çəkdi - VİDEO
-
Sosial19:36Nazim İsayevə yeni vəzifə verildi
-
Magazin219:12Məşhur rejissor insult keçirdi - FOTO
-
Region19:00Türkiyədə güclü zəlzələ baş verdi
-
İdman18:24Ayxan Abbasovdan ayrılıq açıqlaması - İlk dəfədir ki…


































