Polşa prezidenti hakim qarşısına çıxacaq - Şok ittiham
Bizi izləyin

Avropa

Polşa prezidenti hakim qarşısına çıxacaq - Şok ittiham

Polşa prezidenti Andjey Duda vətəndaşların təhqir edilməsi işi üzrə prezidentlik müddəti başa çatdıqdan sonra məhkəməyə çağırılacaq.

Publika.az xəbər verir ki, bu barədə Polşanın Ksenofobiya və İrqçi Davranışın Monitorinqi Mərkəzi məlumat yayıb.

Mərkəz bundan əvvəl miqrasiya böhranı mövzusunu gündəmə gətirən “Yaşıl sərhəd” filmi haqda dedikləri ilə bağlı prezidentə qarşı şikayət etmişdi. Televiziyada Duda filmin tamaşaçılarını “donuzlar” adlandırıb.

Mərkəz iddia üzrə dinləmələri elan edib. Mərkəzin prezidentə qarşı iddiası üzrə Varşava Dairə Məhkəməsində dinləmə 24 oktyabr 2025-ci il yerli vaxtla saat 10:00-a təyin edilib. İşə açıq şəkildə baxılacaq və hər kəs prosesi məhkəmə zalından dinləyə biləcək.

Qeyd edək ki, rejissor Agnieszka Holland tərəfindən çəkilən "Yaşıl Sərhəd" 2023-cü ilin sentyabrında Venesiya Film Festivalında premyerası olub. Film 2020-ci illərin əvvəllərində Belarus-Polşa sərhəddində cərəyan edir. Baş qəhrəmanlar qaçqınlar, Əfqanıstandan olan ingilis dili müəllimi və suriyalı ailədir. Onlar Aİ ölkələrinə girməyə çalışaraq, sərhəddə ilişib qalırlar. Polşanın TVP telekanalında Anjey Duda filmi tənqid edərək deyib ki, bu, “Polşa sərhədçilərini ləkələyir”.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm