Avropa
Almaniya bu şəxslərin hər birinə 1700 AVRO ÖDƏYİR

Almaniya Suriyada rejim dəyişikliyindən sonra ölkəsinə qayıdan hər suriyalı miqranta maddi yardım göstərir.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) “Spiegel” qəzetində dərc olunan məlumatında bildirilib.
Suriya yeni təyinat ölkəsi kimi ötən həftə Qayıdış və Reinteqrasiya Proqramına (REAG/GARP) daxil edilib. Suriyalılar ölkəni tərk etmək məcburiyyətində qalıb-qalmamalarından və ya hələ də sığınacaq prosesində olub-olmamalarından asılı olmayaraq, səyahət xərclərinin, o cümlədən aviabiletlərinin pulunun ödənilməsi üçün müraciət edə bilərlər. Bundan əlavə, Almaniya ölkələrinə qayıdan şəxslərə Suriyada yeni həyata başlamaları üçün birdəfəlik maddi dəstək də təmin edir. Hər bir şəxs 1700 avroya qədər pul ala bilər. Bu birdəfəlik ödənişin hər ailə üçün ən yüksək həddi 4000 avrodur.
Ölkəni tərk etmək istəyən suriyalılar birdəfəlik başlanğıc yardımı ilə yanaşı, ölkələrində tibb xidmətləri almaq üçün də maddi dəstəklə bağlı müraciət edə bilərlər. Bunun üçün adambaşına 2000 avroya qədər yardım göstərilə bilər.
Bir çox hallarda ödənişlər miqrantlar Suriyaya çatdıqdan sonra həyata keçirilir. BAMF bu məqsədlə Suriyadakı qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməyi planlaşdırır.
Suriyaya könüllü qayıdışı dəstəkləyən ilk əyalətlər Saksoniya-Anhalt və Hamburq olub. Saksoniya-Anhalt əyalət büdcəsindən adambaşına 1000 avroya qədər vəsait ödənilib. Hamburq şəhəri isə ötən il suriyalılara 300 avroluq səyahət yardımı təmin edib. Bu il yol xərci üçün 200 avro, ölkəyə giriş üçün isə 1000 avro ödənilməsi nəzərdə tutulub.
-
ABŞ03:18
Ağ Evin bir hissəsi söküldü - Fotolar
-
Qoroskop01:40
Günün ulduz falı: Hər ehtimala qarşı "B" planı hazırlayın!
-
Dünya20 Oktyabr 23:45
Hərbi karvan mikroavtobusla toqquşdu - 3 əsgər yaralandı
-
Nəqliyyat20 Oktyabr 22:18
Məktəbliyə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü HƏBS OLUNDU
-
İdman20 Oktyabr 22:05
Başınızı aşağı salmayın, uşaqlar! - Messi onlara müraciət etdi
-
Magazin220 Oktyabr 21:00
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi
-
MDB20 Oktyabr 20:24
Putin və Tramp Macarıstana birlikdə gedəcək?
-
ABŞ20 Oktyabr 19:50
Bu ölkə ABŞ-dakı səfirini geri çağırdı