Avropa
Şoltsdan HƏYƏCAN TƏBİLİ: "Fövqəladə vəziyyət elan edin"
Almaniya kansleri Olaf Şolts parlamenti ABŞ-ın Ukrayna ilə bağlı son bəyanatları fonunda Almaniyada fövqəladə vəziyyət elan etməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə o, "X" səhifəsində yayımlanan videomüraciətində bildirib.
Onun sözlərinə görə, Ağ Ev rəhbəri Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar gözlənilməz olmayıb, lakin belə bir hadisə Avropanın aydın, sürətli və qətiyyətli mövqeyini tələb edir.
Solts hesab edir ki, Aİ-nin ABŞ-ın bərabərhüquqlu müttəfiqi olaraq qalması üçün təhlükəsizliyi təmin etmək məqsədi ilə daha çox iş görülməlidir.
O, Almaniyanın təhlükəsizliyinə və müdafiəsinə qoyulan sərmayələri vergilərdən azad etmək üçün islahat təklif edib və hökuməti Rusiya-Ukrayna münaqişəsini fövqəladə vəziyyət kimi təsnif edən qətnamə qəbul etməyə çağırıb.
Xatırladaq ki, fevralın 12-də Putinlə Tramp arasında telefon danışığı olub. İki dövlət başçısı arasında söhbət təxminən saat yarım davam edib. Rusiya və Amerika liderləri Ukraynadakı münaqişəyə son qoyulması ilə bağlı razılığa gəliblər.
Hüseyn İbadlı
-
Dünya15:51Kılıçdaroğluya 2 milyonluq zərbə: Sədr olan kimi...
-
Dünya14:50Cümhuriyyət Xalq Partiyası parçalanır - CHP-nin yerinə yeni partiya yaradılır
-
Region14:02Ərdoğan imzaladı: Türkiyədə məşhur universitet bağlandı
-
Nida Xəbər 12:41Əli Əsədov qərar imzaladı
-
Nida Təhlil 12:35Qarabağ təcrübəsi beynəlxalq urbanizasiya üçün nümunədir
-
Dünya11:50Tramp oğlunun toyuna gedəcək? - Getsəm də tənqid olunacağam, getməsəm də
-
ABŞ11:12"Əzrayıl" məhkumun damarını tuta bilmədi, ölüm hökmü bir il təxirə salındı
-
Region10:06Putin Azərbaycana gələ bilər, Zelenski Ermənistana yox? - Paşinyandan Rusiyaya cavab







































