Avropa
Məktəbli saxlanıldı: terror aktı hazırlayırmış
Avstriyanın paytaxtı Vyanada terror aktı hazırlamaqda şübhəli bilinən məktəbli saxlanılıb.
Publika.az xəbər verir ki, polis 18 yaşlı məktəblini İŞİD terror təşkilatı ilə əlaqədə olmaqda, diplomatik və dini məkanlara hücumlar hazırlamaqda şübhəli bilərək saxlayıb.
"Kronen Zeitung" nəşri qeyd edir ki, "Cobra" bölməsinin xüsusi təyinatlıları yeniyetməni türk kitab mağazasında saxlayıblar. Həbsə səbəb xarici kəşfiyyatın verdiyi məlumatlar olub. Belə ki, misir əsilli gənc “Əbu Layət” təxəllüsü ilə internetdə radikal məzmunlu məlumatlar yayıb. O, partlayıcı qurğuların necə hazırlanması ilə bağlı təlimatları öyrənib.
Axtarış zamanı yeniyetmənin üzərindən partlayıcı qurğunun imitasiyası, həmçinin mümkün radikallaşma əlamətlərini göstərən materiallar aşkar edilib.
Ləman
-
İKT07:47“Yandeks” böyük “suveren” süni intellekt hazırladı
-
Ekologiya07:17Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
Magazin206:16Günayın tətil FOTOLARI
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın































