Avropa
Ukrayna neft məhsullarını bu ölkədə saxlayacaq
Ukrayna neft məhsullarını Macarıstanda saxlayacaq.
Publika.az xəbər verir ki, müvafiq sənəd Macarıstanın neft-qaz şirkəti (MOL) ilə “Naftoqaz” Ukrayna milli enerji şirkəti arasında imzalanıb.
“Yanacaq infrastrukturumuza edilən daimi Rusiya hücumları şəraitində tədarük marşrutlarının şaxələndirilməsi və atəş zonasından kənarda əlavə saxlama güclərinin yaradılması bütün bazarın sabitliyi məsələsidir”, – deyə şirkətin idarə heyətinin sədr əvəzi Sergey Fedorenko bildirib.
Qeyd olunub ki, memorandum region ölkələrinin yeni birliyi olan “Karpat səkkizliyi”nin sammiti çərçivəsində imzalanıb.
Ukrayna lideri Vladimir Zelenski sentyabrın 18-də “Karpat səkkizliyi”nin yaradıldığını elan edib. Formatın tərkibinə Ukrayna, Rumıniya, Serbiya, Polşa, Slovakiya, Çexiya, Avstriya və Macarıstan daxildir.
Hüseyn İbadlı
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək

























.jpg)








