Avropa
Polşadan Belarusla bağlı ŞOK ÇAĞIRIŞ - Dərhal tərk edin, sonra gec olacaq
Polşanın Minskdəki səfirliyi öz vətəndaşlarına Belarusu dərhal tərk etmələri ilə bağlı çağırış edib.
Publika.az xəbər verir ki, müvafiq bəyanat Polşa hökumətinin saytında dərc olunub.
Diplomatik nümayəndəlik həmçinin Polşa vətəndaşlarından regionda vəziyyətin gərginləşməsi, davam edən müharibə və dəfələrlə baş vermiş əsassız həbslər səbəbindən Belarusiyaya istənilən səfərlərdən çəkinməyi xahiş edib.
Bundan əlavə, səfirlik bildirib ki, əgər təhlükəsizlik vəziyyəti kəskin şəkildə pisləşərsə, sərhədlər bağlanarsa və ya digər gözlənilməz hallar baş verərsə, evakuasiya ciddi şəkildə çətinləşə və hətta mümkün olmaya bilər.
Əvvəlki gün Polşa Belarus ilə sərhədi açıb və keçid məntəqələrinin fəaliyyətinin bərpasından sonra nəqliyyat vasitələrinin öz ərazisinə keçməsinə icazə verib. Sərhədin açılması barədə qərarı 23 sentyabrda Polşanın Baş naziri Donald Tusk açıqlayıb.
Polşanın sərhəd xidməti 12 sentyabr gecəsi Belarus-Polşa sərhədindəki keçid məntəqələrini bağlayıb. Bundan əlavə, onlar beton maneələr, tank əleyhinə “kirpilər”, tikanlı məftillər və metal qalxanlardan istifadə edərək sədd qurublar. Sərhədə on minlərlə hərbçi də göndərilib.
Varşava bu addımları Rusiya və Belarusun 12–16 sentyabr tarixlərində keçirdiyi “Qərb-2025” adlı birgə təlimlərlə izah edib. Təlimlərin məqsədi İttifaq Dövlətinin müdafiə qabiliyyətini yoxlamaq olub.
Hüseyn İbadlı
-
Magazin120:36Hadise və Gülşen onu məhkəməyə verir
-
İdman20:12Messi "Hörümçək Adam"la birlikdə uçdu - VİDEO
-
İdman19:12“Qarabağ” 1 milyona onu transfer edəcək - FOTO
-
Sosial18:24"Sovetski"də ev qanunsuz sökülüb? - Rəsmi AÇIQLAMA
-
İqtisadi gündəm18:12Dövlət Agentliyi yerli ərzaqlıq buğda ilə bağlı MƏLUMAT YAYDI
-
Region17:45İcbari tibbi sığortanın tətbiqindən sonra Ermənistanda həkimlər bu qədər maaş alır
-
Elm və təhsil16:49İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı
-
Rəsmi xronika16:23Prezident fərman imzaladı
























.jpg)









