Avropa
Beş il həbsdə qalacaq, amma Makrondan əfv istəməyəcək
Fransanın sabiq prezidenti Nikola Sarkozi Liviyadan maliyyələşmə ittihamı ilə aldığı 5 illik həbs cəzasına görə Makrondan əfv istəməyəcək.
Publika.az xəbər verir ki, bu barədə BFMTV-yə onun vəkili Jan-Mişel Darroy məlumat verib.
Onun sözlərinə görə, müdafiə tərəfi cəzanı əsassız hesab edir və Sarkozinin həbs müddətinin mümkün qədər qısa olması üçün bütün hüquqi imkanlardan istifadə etməyi planlaşdırır.
“O, prezidentdən əfv istəməyi düşünmür, çünki günahsızlığını sübut etmək niyyətindədir”, - deyə vəkil bildirib.
Qeyd edək ki, sentyabrın 25-də Paris məhkəməsi Sarkozini 2007-ci il seçki kampaniyasının Liviyadan maliyyələşdirilməsi ilə bağlı iş üzrə 5 il həbs cəzasına məhkum edib. Daha sonra o, qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Adəm
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq























.jpg)

.jpg)












