Avropa
Azadlığa çıxan Sarkozidən İLK AÇIQLAMA: "Gözləmirdim..."
Fransanın keçmiş prezidenti Nikolya Sarkozi azdlığa çıxandan sonra deyib ki, o, real həbs cəzasına məhkum ediləcəyini gözləmirdi.
Publika.az xəbər verir ki, bu barədə "Le Journal du Dimanche" məlumat yayıb.
"Mən hər şeyə hazır idim, amma bunun üçün yox, etiraf edirəm. İşlər təsəvvür etdiyimdən də irəli gedib; qanunun aliliyinin bütün hədləri pozulub", - o deyib.
Sarkozi əlavə edib ki, apellyasiya şikayətinə qədər dayandırılmadan cəzanın verilməsinin səbəbini anlamayıb.
Paris məhkəməsi daha əvvəl Sarkozini 2007-ci ildəki seçki kampaniyasını Liviyanın maliyyələşdirməsi ilə bağlı 5 il həbs cəzasına məhkum etmişdi.
Müstəntiqlərin sözlərinə görə, Sarkozi 2005-ci ildə Liviyanın o vaxtkı lideri Müəmmər Qəddafi ilə beynəlxalq səhnədə siyasi dəstək müqabilində seçki kampaniyası üçün vəsait almaq barədə razılığa gəlib.
Keçmiş prezident korrupsiyada, seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə və Liviya dövlətinin vəsaitlərini gizlətməkdə ittiham olunurdu. Sarkozi özü dəfələrlə bəyan edib ki, ittihamlar heç bir tutarlı sübuta əsaslanmır.
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq




















.jpg)


.jpg)












