Avropa
Maya Sandu: "Rusiya Kişinyovda hakimiyyəti ələ keçirmək istəyib"
"Sentyabrın 28-də keçirilən parlament seçkilərində Moldova Respublikasının vətəndaşları səs verməklə Rusiyanın təzyiqlərinə tab gətirmək və öz iradələri ilə inkişaf yolunu davam etdirmək bacarıqlarını nümayiş etdiriblər".
Publika.az xəbər verir ki, bunu Prezident Maya Sandu “Moldova 1” ictimai televiziya kanalınlının efirində bildirib.
Dövlət başçısının sözlərinə görə, Rusiya Kişinyovda hakimiyyəti ələ keçirmək və Moldova Respublikasından Avropa İttifaqına qarşı istifadə etmək məqsədilə seçkilərə müdaxiləyə cəhd edib.
"Moldova Respublikası kiçik bir ölkədir, bizim heç bir metalımız və ya digər əsas resurslarımız yoxdur. Rusiya bizə nəzarət etmək istəmirdi, əsas məqsəd Avropa İttifaqı idi. Moldova sadəcə olaraq Avropa İttifaqına zərər verən platforma idi", - deyə Maya Sandu vurğulayıb.
Prezident qeyd edib ki, moldovalıların vicdanlı və cəsarətli səsverməsi Moskvaya birbaşa cavab və digər postsovet dövlətləri üçün nümunədir. "Bu cavabımız, vicdanlı səsimiz və göstərdiyimiz cəsarətlə göstərdik ki, müqavimət göstərə bilərik və Moldovada qərarlar ölkə daxilində qəbul edilir. Əminəm ki, Rusiyanın suverenliyini nəzarətdə saxlamağa və məhdudlaşdırmağa cəhd etdiyi keçmiş Sovet İttifaqının digər ölkələri də bizdən nümunə götürəcəklər", - deyə dövlət başçısı bildirib.
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq



















.jpg)


.jpg)












