Avropa
Siyasətimizdən və ölkəmizdən rədd ol! - Nazirdən İlon Maska sərt mesaj
Britaniyanın energetika və sıfır emissiya məsələləri üzrə dövlət katibi Ed Milibend amerikalı milyarder İlon Maska sərt mesaj ünvanlayıb.
Publika.az xəbər verir ki, o, Liverpulda keçirilən Leyboristlər Partiyasının konfransında İlon Maskla bağlı sərt sözlər səsləndirib.
Energetika nazirinin sözlərinə görə, İlon Mask və Reform UK Partiyasının lideri Naycel Faraj “cəmiyyətləri və həyat tərzimizi birləşdirən bağları məhv etmək istəyən qlobal şəbəkənin bir hissəsidir”.
“İlon Mask küçələrdə zorakılığa çağırış edir. O, seçilmiş hökumətin devrilməsini istəyir. X platforması vasitəsilə dezinformasiya yayır və düşünür ki, bizə Britaniyanı necə idarə etməyi diktə edə bilər. Konfransda bizim İlon Maska mesajımız budur: siyasətimizdən və ölkəmizdən rədd ol!”, - deyə Milibend vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl İlon Mask Londonda ifrat sağçı Tommi Robinsonun təşkil etdiyi mitinqdəki nümayişçilərə “mübarizə aparın, ya da ölün” çağırışı etmişdi.
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq



















.jpg)


.jpg)












