Avropa
Kopenhagendə ara qarışdı: Merts Orbanla “toqquşdu”
Almaniya kansleri Fridrix Merts dünən Kopenhagendə keçirilən Avropa İttifaqı sammitində Macarıstanın baş naziri Viktor Orbanı tənqid edib.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin vəziyyətlə tanış olan mənbələrinə görə, “toqquşma” Aİ-nin öz müdafiəsini necə təmin edə biləcəyi və Ukraynanı dəstəkləməsi ilə bağlı müzakirələr zamanı baş verib.
“Çərşənbə günü Kopenhagendə Aİ liderlərinin görüşü zamanı Fridrix Merts Viktor Orbanı tənqid atəşinə tutub, Macarıstanın baş nazirini blokun təhlükəsizliyi ilə bağlı müzakirələri pozmaqda günahlandırıb”, mətndə deyilir.
Müəlliflərin fikrincə, bu söz-söhbət Avropa İttifaqında Orbanla bağlı narazılığın daha bir əlamətidir. Macarıstanın baş naziri Rusiyaya qarşı sanksiyaları dayandırmaq üçün dəfələrlə veto hüququndan istifadə edib və Ukraynanın Aİ üzvlüyünə qarşı çıxıb.
Aİ sammitinə yola düşmə ərəfəsində Viktor Orban Kopenhagendəki qeyri-rəsmi görüşdə “qəfəs davası” ilə üzləşəcəyini bildirmişdi, çünki digər ölkələr Ukrayna məsələsi ilə bağlı müntəzəm olaraq Budapeştə təzyiq göstərirlər.
Tural
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq



















.jpg)


.jpg)












