Avropa
Rusiya “Wagner”in bayrağını YENİDƏN UCALTDI - “Sistemdə çatlar yaranmasının əlamətidir”
Narva çayı boyunca Rusiya sərhəd gözətçi qayığı “Wagner” bayrağı altında hərəkət edib.
Publika.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi foto və videolara istinadla məlumat verib.
Nazirlik bildirib ki, Rusiyanın çaydakı bütün hərəkətlərini diqqətlə izləyir.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bu qayığın görünməsini Qərb ölkələrinin hərbi təzyiqləri nəticəsində Rusiyanın sistemində çatlar yaranmasının əlaməti kimi qiymətləndirib.
Oktyabrın sonunda Estoniyanın Rusiya ilə sərhəddə yerləşən İda-Virumaa bölgəsində yeni radar stansiyasının tikintisi başa çatıb və artıq istifadəyə verilib. Bu obyekt keçmiş “Viru” mədəninin yerində qurulub və ölkənin şərq hissəsində hava məkanını izləmək üçün nəzərdə tutulub.
Mətbuatın məlumatına görə, hazırda İda-Virumaa bölgəsinin Vasknarva kəndində daha bir hərbi obyekt tikilir. Gələn il isə Estoniya Müdafiə Nazirliyi Baltik dənizindəki Hiyumaa adasında radar yerləşdirməyi planlaşdırır.
Hüseyn İbadlı
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu



















.jpg)



















