Avropa
Parisdə QƏRİBƏ LOTEREYA - Köhnə məzarın altında 50 il...
Parislilər şəhərin məşhur qəbiristanlıqlarında - Per-Laşez, Monparnas və Monmartrdə yerləşən qədim qəbirüstü abidələrin sahibləri olmaq üçün qeyri-adi bir lotereyada iştirak edə biləcəklər. Qaliblər bu abidələrin altında 5, 10 il və ya həmişəlik dəfn olunmaq hüququ əldə edəcəklər.
Publika.az xəbər verir ki, bu layihə Paris Şurası tərəfindən təsdiqlənib və məqsədi köhnəlmiş abidələrin qorunmasıdır. Layihə sakinlərə paytaxtın mərkəzində — yeni dəfnlərin artıq mümkün olmadığı yerlərdə — öz ailə məzarlarını yaratmaq imkanı verir. Maraqlıdır ki, bu təşəbbüs şəhər rəhbərliyi tərəfindən Helouin bayramı ərəfəsində elan edilib.
Paris, köhnə qəbiristanlıqlarda yer çatışmazlığı ilə üzləşdiyi üçün sakinlərə belə bir təklif irəli sürüb: qədim abidələri bərpa edənlər həmin abidənin altında ailə məzarı təşkil etmək hüququ qazanırlar — 10, 30, 50 il və ya həmişəlik. Əbədi sahibliyin əsas şərti isə məzarın daimi qayğısına qalmaqdır.
İlk mərhələdə 3 noyabrda Paris vaxtı ilə günorta saat 12:00-da abidələrin ünvanları açıqlanacaq: Per-Laşezdə 10, Monmartrdə 10 və Monparnasda 10 abidə. Lakin lotereyada yalnız Paris sakinləri iştirak edə biləcək — Parisdə yaşamaq əsas şərtdir; digər ölkə vətəndaşları bu layihəyə qoşula bilməzlər.
Şəhər rəhbərliyi vurğulayıb ki, bu layihə eksperimental xarakter daşıyır və nəticələri 2026-cı ildə Paris Şurasına təqdim olunacaq. Layihə uğurlu olarsa, digər Fransa şəhərləri də bu nümunəni izləyə bilər.
Hüseyn İbadlı
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu



















.jpg)



















