Avropa
Etirazlar iğtişaşa çevrildi: Belqrad bu gecə alovlandı - VİDEO
Serbiyanın paytaxtı Belqradda etirazlar bir gecədə iğtişaşlara çevrilib.
Publika.az Serbiya mətbuatına istinadla xəbər verir ki, noyabrın 1-i axşam saatlarında bir neçə polis kordonu Çaçiland çadır düşərgəsində Serbiya hökumətinin əleyhdarları ilə tərəfdarlarını ayırmalı olub.
Etirazçılar fit çalıb, hay-küy salıb, hökumət əleyhinə şüarlar səsləndiriblər. Hökumətyönlü tərəfdarlar düşərgə boyu vətənpərvərlik mahnıları ifa ediblər. Etirazlar tezliklə müxalifət, polis və hökumət tərəfdarları arasında toqquşmaya çevrilib.
Serbiya polisinin məlumatına görə, Belqradda Skupştina (parlament) yaxınlığındakı iğtişaşlarda şübhəli bilinən 37 nəfər artıq saxlanılıb.
Serbiya prezidenti Aleksandar Vuçiç parlament qarşısında etirazçıların ABŞ səfirliyi ilə əlaqə saxladığını bildirib.
Xatırladaq ki, Serbiyada tələbə və müxalifət etirazları 2024-cü ildə Novi Sad qatar stansiyasında tavanın uçmasından sonra başlayıb. Serb şəhərlərində gərginlik 2025-ci ilin avqustunda artıb. Avqustun 17-də Vuçiç Serbiyada fövqəladə vəziyyət elan etməyi düşünmədiyini bildirib.
Tural
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu



















.jpg)



















