Avropa
Məşhur "qanuni oğru" bu ölkədə öldü
Kriminal dairələrdə daha çox Kaxa Zuqdidi kimi tanınan 63 yaşlı gürcü "qanuni oğru" Kaxaber Alşibaya Fransanın Renn şəhərindəki həbsxanada ölüb.
Publika.az xəbər verir ki, bu barədə “Prime Crime” agentliyi məlumat yayıb.
Məlumata görə, Kaxanın ölümünə səbəb ona həbsxanada qoyulan ağciyər xərçəngi diaqnozu olub. Qeyd olunur ki, Kaxa Zuqdidi ziyalı ailəsində dünyaya gəlib, lakin o və iki qardaşı cinayətkar fəaliyyətlə məşğul olublar. Qardaşlarından biri 1993-cü ildə dörd ortağı ilə birlikdə Gürcüstanın qərbindəki Zuqdidi şəhərində öldürülüb.
Kaxa özü də Moskva və Leninqradda oğurluq ittihamı ilə üç dəfə mühakimə olunub. O, Batumi oğrusu Zuri Sintsadzenin 50 illik yubileyi ilə bağlı tədbirdə Qoçi Djinçaradze (Kurşa), Karlo Çxikvadze və Çiro Şoniya kimi tanınmış cinayətkarlarla görüşüb.
Məlumatlara görə, Kaxa Zuqdidi repressiyalardan əvvəl Fransaya köçən ilk gürcü "qanuni oğru"lardan biri olub. Orada da “oğru dünyası” ilə əlaqələrini davam etdirib və bir neçə dəfə həbs olunub.
O, sonuncu dəfə 2021-ci ilin fevralında Europolun gürcü cinayətkar qruplaşmalarına qarşı keçirdiyi genişmiqyaslı əməliyyat zamanı saxlanılmışdı.
Adəm
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu



















.jpg)



















