Avropa
Zelenskiyə kəşfiyyat hesabatları verildi - FOTO
Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə kəşfiyyat hesabatları dinlənilib.
Publika.az xəbər verir ki, bu barədə dövlət başçısı “Facebook” səhifəsində məlumat verib.
Volodimir Zelenski əsas müdafiə və təhlükəsizlik rəsmiləri ilə görüş zamanı Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Ukrayna Xarici Kəşfiyyat Xidmətinin Rusiyanın müharibəni davam etdirmək qabiliyyəti və qarşıdakı aylar üçün planları ilə bağlı kəşfiyyat hesabatlarını dinləyib.
Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov cəbhənin təhdid zonalarında vəziyyət, Rusiyanın hərbi hazırlığı ümid etdiyi müddət barədə məlumat verib. Zelenskinin sözlərinə görə, Rusiya ordusu rəhbərliyin Pokrovsk və Kupyanskın ələ keçirilməsi ilə bağlı verdiyi müddətə əməl edə bilməyib və bu müddətlər yenə də təxirə salınıb.
Xarici Kəşfiyyat Xidmətinin sədri Oleq İvaşenko Rusiyadakı siyasi vəziyyət, cəmiyyətdə əhvali-ruhiyyə, iqtisadi vəziyyət barədə məlumat verib.
"Biz qarşıdakı həftələr üzrə müdafiəmizin əsas istiqamətlərini müəyyənləşdirmişik və qış ayları üçün müdafiə planımızı da yeniləyəcəyik. Biz, həmçinin uzunmüddətli planlarımızı həyata keçirməyə davam edəcəyik - təhlükəsizlik xidmətlərinin, ilk növbədə Ukrayna Təhlükəsizlik Xidmətinin və Ukrayna ordusunun müvafiq öhdəlikləri var. Diplomatik işdə əsas tərəfdaşlarla koordinasiya etməyə aktiv şəkildə hazırlaşırıq”, - deyə Zelenski qeyd edib.
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək





































