Avropa
Müdafiə naziri PUA-ları anbarlarda saxlamaqdan İMTİNA ETDİ
"İki-üç ay ərzində texnologiyanın köklü dəyişməsi səbəbindən pilotsuz uçuş aparatlarının (PUA) anbarlarda saxlanması mənasızdır".
Publika.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius FAZ-a müsahibəsində deyib.
Hərbi idarənin rəisi Almaniyanın tezliklə köhnələcək PUA-ların alınmasına milyardlarla avro xərcləmək əvəzinə yeni bir yol tutacağını açıqlayıb.
"Biz ilk gündən istifadəçiləri və tərtibatçıları bir araya gətirərək onu özümüz inkişaf etdirəcəyik. Müdafiə tələbləri yaranarsa, şirkətlərlə birlikdə bu qabaqcıl variantların sürətlə kütləvi istehsalını təmin edəcəyik", - Pistorius bildirib.
Nazir etiraf edib ki, dronlar müasir dünyada müharibə üçün "çox vacibdir", lakin ağır texnika da mühüm rol oynayacaq.
“Hərbi ekspertlər deyirlər ki, gələcək müharibə haubitsalar, tanklar və təyyarələr, həmçinin kiberməkan və əlbəttə ki, PUA-ları əhatə edən birləşmiş silah müharibəsi olacaq”, - o əlavə edib.
-
Region01:11Fulya Öztürk Leyla Əliyeva ilə bir arada - VİDEO
-
Magazin200:30Türk aparıcı 11 saat qaranlıq qutuda qaldı
-
Magazin214 Noyabr 22:48Emma kameralar qarşısında yıxıldı - FOTO
-
Art14 Noyabr 22:00Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO
-
İdman14 Noyabr 21:24Sambo üzrə idman ustası başından güllələndi
-
İdman14 Noyabr 21:12Futbol matçında dava: Vitse-prezident rəqiblə əlbəyaxa oldu
-
Sosial14 Noyabr 21:00Ramiz Mehdiyevin qızının vəkili həbs edildi
-
İdman14 Noyabr 20:36Dünya çempionu prezidentliyə namizəd oldu




















.png)














