Avropa
Finlandiya prezidentindən Ukrayna ilə bağlı bədbin proqnoz
Finlandiya prezidenti Aleksandr Stubb diqqət çəkən açıqlamalar verib.
Publika.az xəbər verir ki, o, "Associated Press" agentliyinə verdiyi müsahibədə deyib ki, bu il Ukraynada atəşkəs gözləməyə dəyməz.
"Mən atəşkəsə nail olmaq və ya sülh danışıqlarına başlamaq barədə çox nikbin deyiləm, ən azı bu il olmayacaq...", - Stubb deyib.
O, qeyd edib ki, yaxşı olar ki, mart ayına qədər "nəsə edilə".
Finlandiya prezidenti belə hesab edir ki, Ukraynaya sülh gətirmək üçün ABŞ prezidenti Donald Tramp və Avropa liderləri Rusiyaya və onun lideri Vladimir Putinə onun strateji düşüncəsini dəyişdirmək üçün təzyiqi artırmalıdırlar. Siyasətçi Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsinə və onların Ukraynaya köçürülməsinə, eləcə də Moskvaya hərbi təzyiqin artırılmasına çağırıb.
Tural
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək





































