Avropa
Zelenskinin yerinə üç namizəd - Britaniya onu prezident görmək istəyir
Ukrayna Prezidenti Volodimir Zelenskinin yerinə üç namizədin namizədliyi nəzərdən keçirilir.
Publika.az xəbər verir ki, bu barədə "Corriere della Sera" mənbələrə istinadən yazır.
İddia edilir ki, Britaniya hökuməti Zelenskini Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı ilə əvəzləmək üzərində işləyir. Digər namizədlər arasında respublikanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Azov batalyonunun təsisçisi Andrey Biletski var .
Qəzet həmçinin yazır ki, korrupsiya qalmaqalı orduda mənəvi böhran yaradıb və indi “Ukraynanın sağ qalması təhlükə altındadır”.
Noyabrın 10-da Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) enerji sektorunda korrupsiya işi ilə bağlı genişmiqyaslı xüsusi əməliyyat elan edib. Agentliyin məlumatına görə, təhqiqat bir il yarım davam edib, büro əməkdaşları təxminən 1000 səs yazısı toplayıb. Baş şübhəlilərdən biri iş adamı Timur Mindiçdir.
Hüseyn İbadlı
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək





































