Avropa
Makron və Zelenski arasında TARİXİ ANLAŞMA - Kiyevə elə silahlar verilə bilər ki...
Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski yaxın günlərdə Parisdə keçiriləcək görüşdə Kiyevə SAMP/T hava hücumundan müdafiə sistemlərinin tədarükü barədə razılığa gələ bilərlər.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" vəziyyətlə tanış mənbələrə istinadla məlumat yayıb.
Agentliyin yazdığına görə, bazar ertəsi mövcud fransız ehtiyatlarından daha çox SAMP/T hava hücumundan müdafiə sistemlərinin tədarükü və ya raketlər və pilotsuz uçuş aparatlarına qarşı sistemləri də əhatə edən növbəti nəsil uzunmüddətli sifarişlər müzakirə oluna bilər.
Məlumata görə, tərəflər həmçinin on il müddətinə nəzərdə tutulan “strateji aviasiya sazişi” bağlaya bilərlər. Bu saziş Ukraynaya "Rafale" qırıcılarının verilməsini nəzərdə tutur.
Bundan əvvəl Kiyevdən aviasiya üzrə ekspert Valeri Romanenko bildirmişdi ki, Ukraynanın ballistik raketləri vurmaq üçün imkanları demək olar ki, yoxdur. O dəqiqləşdirib ki, hazırda ölkənin silahlanmasında 10-dan çox olmayan "Patriot" kompleksi və yalnız bir SAMP/T zenit-raket kompleksi var ki, o da ballistik hədəfləri məhv etməyə qadirdir.
Hüseyn İbadlı
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək





































