Avropa
Naməlum təhdid davam edir - Vilnüs hava limanı yenə bağlandı
Vilnüs Beynəlxalq Hava Limanı yenidən fəaliyyətini dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə TASS-a hava limanının dispetçer xidmətindəki mənbə məlumat verib.
O bildirib ki, buna hava məkanında müşahidə olunan, hava şarları və ya hava şarına bənzəyən naməlum obyektlərin uçuşları səbəb olub.
“Məchul uçan obyektlər – hava şarları və ya hava şarına bənzəyən naməlum obyektlər yenidən göydə qeydə alındığı üçün hava limanı təkrar bağlanıb”, – mənbə bildirib.
Onun sözlərinə görə, hava limanının işinin təxminən yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə 23:05-də) bərpa olunacağı gözlənilir.
Bundan əvvəl, 3 dekabr tarixində Vilnüs hava limanının işi eyni səbəblə iki dəfə dayandırılmışdı. Sentyabr ayından bəri hava şarları və ya meteoroloji zondların dispetçer zonasına icazəsiz daxil olması səbəbilə hava limanının fəaliyyəti azı 20 dəfə dayandırılıb.
Hüseyn İbadlı
-
Avropa14:45NATO-dan Rusiyaya mesaj: Son 20 ilin ən böyük hava-desant əməliyyatı keçirildi
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Güllə yarası alan reper öldü - İntihar edib?
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO


































