Avropa
Makron Zelenskiyə zəng etdi
Fransa Prezidenti Emmanuel Makron Ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb.
Publika.az xəbər verir ki, o, bu barədə "X" sosial media platformasında paylaşım edib.
Fransalı siyasətçi deyib ki, o, həmsöhbətini Ukrayna nizamlanmasına dair son “beynəlxalq müzakirələrinin” nəticələri, o cümlədən Çindəkilər barədə məlumatlandırıb . Makron təsdiqləyib ki, dekabrın 8-də o, Zelenski, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın baş naziri Kir Starmer Kiyev və Vaşinqton nümayəndə heyətləri arasında son görüşlərlə bağlı Londonda “koordinasiyanı davam etdirəcəklər” .
Bir gün əvvəl Ukrayna lideri ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və siyasətçinin kürəkəni Cared Kuşnerlə telefon danışığını elan edib. Danışıqda Kiyev adından həmçinin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Ukrayna Baş Qərargahının rəisi Andrey Qnatov da iştirak edib.
Dövlət başçısı Ukraynanın əsl sülh naminə Vaşinqtonla vicdanlı işləməyə sadiq olduğunu vurğulayıb və amerikalı həmkarı Donald Trampa “danışıqlara intensiv yanaşmasına” görə təşəkkür edib. Bununla belə, Zelenski qeyd edib ki, hər şeyi telefonla müzakirə etmək olmaz.
Hüseyn İbadlı
-
Avropa14:45NATO-dan Rusiyaya mesaj: Son 20 ilin ən böyük hava-desant əməliyyatı keçirildi
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Güllə yarası alan reper öldü - İntihar edib?
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO


































