Avropa
Makron Çini hədələdi: Əgər bu məsələ həll edilməsə...
Fransa prezidenti Emmanuel Makron Çini Brüssel və Pekin arasındakı ticarət kəsirini həll etməsə, Avropa İttifaqının tariflər tətbiq edəcəyi ilə hədələyib.
Publika.az xəbər verir ki, o, bununla bağlı "Echos"a müsahibə verib.
“Çinlilərə dedim ki, onlar reaksiya verməsələr, biz avropalılar yaxın aylarda sərt tədbirlər görməyə və ABŞ-dan nümunə götürərək əməkdaşlığı dayandırmağa məcbur olacağıq. Məsələn, Çin mallarına rüsumlar tətbiq etməklə”, - deyə Makron bildirib.
O əlavə edib ki, bu məsələni Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə müzakirə edib. Makron həmçinin qeyd edib ki, Çinlə ticarət mübahisəsinin sülh yolu ilə həllinin mümkünlüyünə inanır.
Bundan başqa, Fransa prezidenti Brüsselin yarımkeçirici avadanlıqların ixracına qoyduğu məhdudiyyətlər və Pekinin nadir torpaq metallarına məhdudiyyətləri kimi “aqressiv siyasətlərdən” qarşılıqlı imtina etməyi təklif edib. O, həmçinin Çin şirkətlərini Avropaya investisiya qoymağa çağırıb.
Adəm
-
Avropa14:45NATO-dan Rusiyaya mesaj: Son 20 ilin ən böyük hava-desant əməliyyatı keçirildi
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Güllə yarası alan reper öldü - İntihar edib?
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO


































