Avropa
Avropa Müdafiə Sənayesi Proqramı təsdiqləndi
Avropa İttifaqı Şurası Avropa Müdafiə Sənayesi Proqramını (EDIP) rəsmən təsdiqləyib.
Publika.az xəbər verir ki, proqram Avropa İttifaqının müdafiə hazırlığının gücləndirilməsini və Avropa Müdafiə Texnologiya-Sənaye Bazasının (EDTIB) rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir.
Sənəd çərçivəsində 2025-2027-ci illərdə ümumilikdə 1,5 milyard avro məbləğində qrant ayrılması nəzərdə tutulur. Bu məbləğin 300 milyon avrosu Ukraynanın müdafiə sənayesinin modernləşdirilməsi və dəstəklənməsi məqsədilə yaradılan xüsusi “Ukraynaya dəstək aləti”nə yönəldiləcək.
Proqram azı üç ölkənin, o cümlədən azı iki Aİ üzvünün iştirakı ilə birgə satınalma layihələrinin maliyyələşdirilməsini nəzərdə tutur.
Proqramda məhsulların komponentlərinin ümumi dəyərinin 35 faizindən çoxunun Aİ və assosiasiya olunmuş ölkələrdən kənar mənbələrdən təmin edilməsinə məhdudiyyət qoyulur. Eyni zamanda, Aİ səviyyəsində müdafiə təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi üçün ilk dəfə “təchizat təhlükəsizliyi” mexanizmi təsis edilir.
-
Avropa14:45NATO-dan Rusiyaya mesaj: Son 20 ilin ən böyük hava-desant əməliyyatı keçirildi
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Güllə yarası alan reper öldü - İntihar edib?
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO


































