Avropa
SOYUQ VƏ ZÜLMƏT - Zelenski Qərbdən yeni silahlar tələb etdi
Ukrayna Prezidenti Volodimir Zeleniski Rusiyanın respublikaya hücumlarından sonra Ukraynanın Qərb tərəfdaşlarından Kiyevə yeni hava hücumundan müdafiə sistemləri tədarük etmələrini tələb edib.
Publika.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.
Ukrayna lideri bildirib ki, "hava hücumundan müdafiə sistemlərinin çatdırılması kifayət qədər və vaxtında olmalıdır".
Zelenski daha sonra bildirib ki, hücumun əsas hədəfi Kiyev, xüsusən də enerji obyektləri və mülki infrastruktur olub. O, əlavə edib ki, atəş hələ də davam edir.
Hazırda Kiyevin və ətraf bölgənin bəzi ərazilərində elektrik və istilik sistemi yoxdur. Yanğınsöndürmə işləri davam edir. Təmir briqadaları bəzi enerji obyektlərində işə başlayıb, digərlərində isə işçilər sığınacaq tapıb. Prezident bildirib ki, xilasedicilər və təmir işçiləri hava hücumu xəbərdarlığı ləğv edildikdən dərhal sonra işə başlayacaqlar.
Hüseyn İbadlı
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ




































