Avropa
Vuçiç Serbiyada dron istehsalına başlanılacağını ELAN ETDİ
“Gələn yaz Serbiya milli təhlükəsizliyi gücləndirmək üçün dron istehsalı zavodunu işə salacaq”.
Publika.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Müdafiə Nazirliyi və Baş Qərargah kompleksinin təməlqoyma mərasimində bildirib.
Vuçiç qeyd edib ki, mart ayının sonuna və ya ən geci aprelin əvvəlinə qədər ölkədə ilk böyük dron istehsalı zavodunun açılışını gözləyir:
“Qürurla deyə bilərəm ki, bunlar yüksək texnologiyalı dronlar olacaq. İstehsal burada, Serbiyada təşkil olunacaq".
Serbiya lideri həmçinin bildirib ki, ölkə hazırda çoxsaylı PUA və kamikaze dronları alır. O, qlobal vəziyyətlə bağlı son dərəcə narahatlığını vurğulayıb. Prezident əlavə edib ki, sülhün qorunması Serbiya üçün əsas prioritet olaraq qalsa da, ölkə istənilən çətinliyə hazır olmalıdır.
Hüseyn İbadlı
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO



































