Avropa
Zelenski Yermakın yerinə onu gətirir - FOTO
Ukrayna Prezidenti Volodimir Zelenski sanksiyalar siyasəti üzrə komissar Vladislav Vlasyuku öz ofisinin rəhbəri təyin edəcək.
Publika.az xəbər verir ki, bu barədə "Zerkalo Nedeli" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Vlasyuk prezident ofisinə Andrey Yermakın müşaviri Darya Zarovna tərəfindən "gətirilib". Vlasyuk daha sonra Yermakla işləyib və ikisi arasında yaxın münasibətlər yaranıb. "Zerkalo Nedeli"nin məlumatına görə, Vlasyuk tez-tez Zelenskinin ofisində Yermakın "əmlakı" kimi xatırlanır.
Dekabrın 30-da Volodimir Zelenski prezident administrasiyasının rəhbəri vəzifəsinə Andrey Yermakın yerinə namizəd seçdiyini açıqlayıb.
Noyabrın 28-də Zelenski Andrey Yermakın ofisinin rəhbəri vəzifəsindən istefasını qəbul edib. O, korrupsiyaya qarşı mübarizə aparan məmurlar tərəfindən mənzilində axtarış aparıldıqdan sonra işdən çıxarılıb. Qərb hadisəni "siyasi zəlzələ" və "ölümcül kombinasiya" adlandırdı.
Hüseyn İbadlı
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ


































