Avropa
Siqaretin qiymətinin artırılması üçün 50 min imza toplandı
İtaliyada siqaret və nikotin tərkibli məhsulların qiymətinin 5 avro artırılmasını nəzərdə tutan qanun layihəsinə dəstək üçün vətəndaş təşəbbüsü ilə 50 min imza toplanıb.
Publika.az xəbər verir ki, bu barədə İtaliya Tibbi Onkologiya Assosiasiyası (Aiom), Airc Fondu və Umberto Veronesi Fondu birgə məlumat yayıb.
Bildirilib ki, hazırda sənəd parlamentdə müzakirəyə çıxarılmalıdır.
"Siqaretə qarşı 5 avro" kampaniyasının təşkilatçıları – İtaliya Tibbi Onkologiya Assosiasiyası (Aiom), Airc Xərçəng Araşdırmaları Fondu və Umberto Veronesi Fondu təşəbbüsün cəmi 4 ay ərzində bu nəticəyə çatmasından qürur duyduqlarını bildiriblər. Təşkilatçılar parlamentdən bu təklifi təcili müzakirə edərək təsdiqləməyi xahiş ediblər.
Gələn ilin yanvarından etibarən bütün tütün və nikotin məhsullarının satış qiymətindən asılı olmayaraq, mövcud vergilərə əlavə olaraq 5 avro məbləğində xüsusi aksiz vergisi tətbiq ediləcək.
Məqsəd: Gəlirin Milli Səhiyyə Xidmətinin maliyyələşdirilməsinə yönəldilməsi və tütün istehlakının 37% azaldılması nəzərdə tutulur. Bu, illik təxminən 800 milyon avro gəlir deməkdir.
İtaliyada böyüklərin təxminən 25%-i siqaret çəkir. Statistikaya görə, ağciyər xərçənginin 90%-i və sidik kisəsi xərçənginin 50%-i bilavasitə siqaretlə bağlıdır. Bundan əlavə, tütün istifadəsi infarkt, insult və tənəffüs sistemi xəstəliklərinə səbəb olur. Xüsusilə gənclər arasında siqaret və elektron siqaret istifadəsi narahatedici həddədir: 14-17 yaşlı yeniyetmələrin 37,4%-i bu məhsullardan istifadə edir.
Ekspertlər qeyd edirlər ki, digər ölkələrdə olduğu kimi, tütün məmulatlarının qiymətinin kəskin artırılması, xüsusilə gəncləri bu zərərli vərdişdən çəkindirmək üçün ən təsirli iqtisadi vasitədir.
Hüseyn İbadlı
-
İdman21:39“Barselona” Bakıda: Hansı futbolçular gəldi?
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?











.jpg)






.jpg)





.jpg)



.jpg)







