Avropa
Fransada yeni inqilab təhlükəsi: Ölkə böhrana sürüklənir
Fransada artıq ikinci həftədir davam edən kütləvi etirazlar ölkəni ciddi böhranla üz-üzə qoyub. Fransalı hərbi ekspert Ksavye Moro vəziyyəti 1789-cu ildə başlayan Böyük Fransa inqilabı ilə müqayisə edib.
Publika.az xəbər verir ki, ekspert bu barədə “Vesti”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Fransanın dövlət borcu hazırda ÜDM-in 120 faizinə çatıb. Bu səbəbdən hökumətin ölkədəki iğtişaşların qarşısını almaq üçün kifayət qədər resursu yoxdur.
“Hazırda həqiqətən çox təhlükəli dövrdəyik. Bunu demək olar ki, inqilabi dövr adlandıra bilərik, çünki 1789-cu ildə olduğu kimi, indi də hər şey eynidir. Borc, ölkə ilə əlaqəsi olmayan xaricdəki müharibəyə görə yaranan problemlər, işləməyən vergi sistemi və hökumətə heç kimin etibar etməməsi vəziyyəti daha da ağırlaşdırır”, - Moro deyib.
Qeyd edək ki, Fransada kütləvi etirazlarda əsasən yuxarı sinif şagirdləri və tələbələr iştirak edir. Aksiyalar təhsil sistemindəki problemlər, o cümlədən tədris proqramlarının həddindən artıq yüklənməsi və müəllim çatışmazlığı ilə bağlıdır.
Son məlumata görə, ölkə üzrə etirazlar zamanı 6 mindən çox insan saxlanılıb. Saxlanılanların əhəmiyyətli hissəsinin yetkinlik yaşına çatmayanlar olduğu bildirilir.
Müəllif: Adəm
-
Nida Xəbər 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika15:35İlham Əliyev Vladimir Putinə zəng etdi
-
İdman11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR
-
Dünya11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?
-
Rəsmi xronika10:21Prezident: Ermənistan buna şərait yaratmalıdır
-
Maraq dünyası09:425 gün sonra dünya yox olacaq - Allahı və İsanı görən şəxs dedi
-
Hadisə08:54Bakıda ağır qəza: "SOCAR"ın avtomobili ilə toqquşdu - VİDEO
-
Avropa07:30Cek Nikolsonun baltası yenidən hərraca çıxarıldı




































.jpg)


