Avropa
Almaniyada paylaşılan xəritə Fransada narazılıq yaratdı
“Almaniya üçün Alternativ” (AfD) partiyasının gənclər təşkilatının rəhbərliyində təmsil olunan Helmut Ştraufun Elzas-Mozel ərazilərini Almaniyanın tərkibində göstərən xəritə paylaşması Fransada kəskin reaksiyalara səbəb olub.
Publika.az xəbər verir ki, H.Ştrauf “X” sosial şəbəkəsində paylaşdığı xəritədə Fransanın Elzas və Mozel bölgələri ilə yanaşı, Avstriya, İsveçrə, İtaliya və Lüksemburqun bəzi ərazilərini de Almaniyanın tərkibində göstərib. O, paylaşımını “Almaniyanın yenidən birləşməsi bütün alman xalqının vahid dövlət daxilində birləşməsi deməkdir” fikri ilə müşayiət edib. “Böyük Almaniya” ideyasını əks etdirən bu paylaşım sonradan silinsə də, geniş rezonans doğurub.
Fransalı siyasətçilər məsələyə dərhal reaksiya veriblər. İfrat sağçı Milli Birlik (RN) partiyasının deputatı Teo Bernhardt Elzas-Mozelin bir daha heç vaxt Almaniyanın tərkibində olmayacağını və bu ərazilərin ilhaqının qəbuledilməz olduğunu bildirib.
Solçu “Əyilməz Fransa” (LFI) partiyasının deputatları Emmanuel Fernandes və Klemans Güette de sosial şəbəkələrdə çıxış edərək xəritəni pisləyiblər. K.Güette bu cür ideyaları Adolf Hitlerin siyasəti ilə əlaqələndirərək AfD-nin mövqelərinin güclənməsinin Avropada sülh üçün narahatlıq doğurduğunu vurğulayıb.
Xatırladaq ki, Fransa-Almaniya sərhədində yerləşən Elzas və Mozel əraziləri tarix boyu bir neçə dəfə dövlət mənsubiyyətini dəyişib və İkinci Dünya müharibəsindən sonra tam olaraq Fransanın suverenliyinə keçib. Baş verən son insident Şengen məkanına baxmayaraq, iki ölkə arasında tarixi həssaslığın və milli suverenlik məsələsinin hələ də aktual qaldığını göstərib.
-
Hadisə16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı
-
Avropa15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq
-
MDB14:55Putin ad gününü onlarla keçirdi
-
Maraq dünyası14:18Tarakan Xalq Partiyasının rəhbəri azadlığa çıxdı
-
Magazin212:21Stetxemin sevgilisi ideal bədən quruluşunu nümayiş etdirdi - Foto
-
Magazin112:05Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Foto
-
İdman10:24Günün oyunları - Afişa
































.jpg)




