Kallas etiraf etdi: Aİ Rusiya aktivlərini müsadirə edə bilmir
Bizi izləyin

Avropa

Kallas etiraf etdi: Aİ Rusiya aktivlərini müsadirə edə bilmir

Kallas etiraf etdi: Aİ Rusiya aktivlərini müsadirə edə bilmir

Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərinin necə müsadirə ediləcəyini hələ müəyyənləşdirə bilmədiyini etiraf edib.

Publika.az xəbər verir ki, Kallas bu məsələdə Belçikanın üzərinə düşə biləcək maliyyə risklərinin necə bölüşdürüləcəyinə dair qərar verilməli olduğunu bildirib.

Onun sözlərinə görə, Aİ Rusiya aktivlərinin müsadirəsi ideyasından imtina etməyib və bəzi ölkələr bu məsələni yenidən gündəmə gətirirlər.

Bununla belə, 2025-ci ilin dekabrında keçirilən Aİ sammitində Rusiyanın təzminat ödəməsinə qədər aktivlərin dondurulmuş vəziyyətdə saxlanılması barədə qərar qəbul edilib. Kallasın açıqlamasını “Euronews” telekanalı yayıb.

Kallas həmçinin Ukrayna münaqişəsinin nizamlanması üçün Rusiyanın ABŞ-la deyil, Avropa İttifaqı ilə dialoq aparmalı olduğunu deyib. O, bunu Aİ-nin Rusiyaya qarşı sanksiyaların böyük hissəsini tətbiq etməsi və Rusiya aktivlərinin əksəriyyətini bloklaması ilə əsaslandırıb.

Avropa İttifaqı və “Böyük yeddilik” (G7) ölkələrində dondurulmuş Rusiya aktivlərinin ümumi həcmi 300 milyard avroya çatır. Bunun təxminən 180 milyard avrosu Belçikada yerləşən “Euroclear” depozitarisində saxlanılır.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm