Bakı 2015
Rabitə Nazirliyindən I Avropa Oyunlarına hazırlıqla bağlı AÇIQLAMA
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) I Avropa Oyunlarına hazırlıq işlərini başa çatdırıb. Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov deyib.
“Bu məsələdə bütün sahələrdə hazırlıq işləri aparılıb. Amma bizim nazirliyin üzərinə düşən yük daha ağırdır. Bütün stadionlara optik kabellər çəkilib, bütün oyun və qeyri-oyun məkanları genişzolaqlı internetlə təmin edilib. Bu zaman simsiz texnologiyaların müdafiəsinə daha çox önəm verilirdi. Bunun üçün xüsusi avadanlıqlar alınıb. Mütəxəssislər qrupu hazırlanıb və onlar müvafiq kurslar keçiblər ki, oyunlar ərəfəsində yarana biləcək hər hansı problemi aradan qaldıra bilsinlər. Bu gün inteqrasiya qrupunun iclasında bir daha vurğulandı ki, bütün sahələrdə olduğu kimi rabitə sahəsi də oyunlara hazırdır”, - deyə İ. Məmmədov qeyd edib.
Nazir müavini onu da vurğulayıb ki, oyunlarla bağlı mərkəzləşmiş sorğu-məlumat sistemi yaradılıb. Bütün şəbəkələrdə bu sistemə qoşulmaq üçün test sistemi yaradılıb. Çalışacağıq ki, bilet almaq və stadiona getmək istəyənlər bu sistemin xidmətindən istifadə edə bilsinlər.
Gülxar
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
