Bakı 2015
Avropa Oyunlarının Britaniyada nümayişi ilə bağlı müqavilə imzalandı
Bakı-2015 150 britaniyalı idmançının iştirak edəcəyi Birinci Avropa Oyunlarını bu yay Birləşmiş Krallıqda nümayiş etdirəcək yayım müqaviləsi imzalayıb.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsindən Publika.az-a verilən məlumata görə, 12-28 iyun tarixlərində keçiriləcək Oyunların gündəlik yayımını BT Sport özünün 3 idman kanalı, BT Sport Extra və rəqəmsal platformalar vasitəsilə təmin edəcək.
Bununla da, Bakı-2015 imzaladığı yayım müqavilələrinin sırasına növbəti birini də əlavə edib. Beləliklə, Oyunların yayımı artıq Avropanın və dünyanın hər bir nöqtəsində gerçəkləşək. Bundan öncə isə ABŞ, Kanada, Avstraliya, Çin, Honq Konq, Hindistan, Latın Amerikası və Körfəz ölkələri, eləcə də, digər Avropa televiziya şirkətləri ilə yayım müqavilələri imzalanıb.
Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "BT Sport və Avropa Oyunları arasında mükəmməl uyğunluq var. BT Sport Britaniya yayım məkanında özünəməxsus yol açıb. Bakı-2015 isə Avropa idmanının son 50 illik tarixində iz qoyacaq əhəmiyyətli tədbirdir. BT Sport, artıq futbol üzrə İngiltərə Premyer Liqasının yayımını təşkil etməklə yüksək standartlara cavab verən proqram sisteminə malik olduğunu sübut edib. Növbəti mövsümdən etibarən UEFA Çempionlar Liqasının yayım hüququnu əldə etmələri onların nə qədər məqsədyönlü olduqlarını göstərdi. Biz BT Sport-un Birinci Avropa Oyunlarının yayımını təmin edəcək növbəti aparıcı televiziya şəbəkəsi olmasından öz məmnunluğumuzu bildiririk”.
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi


































.jpg)
