Bakı 2015
Avstriya komandasına olimpiya çempionları başçılıq edəcək
Olimpiya çempionu adını qazanmış bir sıra avstriyalı idmançı Bakı 2015-də bu ölkəni təmsil edəcəklər.
Publika.az xəbər verir ki, Avstriya Atletika Federasiyası Bakı 2015 Avropa Oyunları üçün özünün olimpiya qaliblərindən ibarət komandasını ictimaiyyətə təqdim edib.
34 yaşlı disk atıcısı Gerhard Mayer Pekin 2008 və London 2012 Olimpiya Oyunlarının iştirakçısıdır. O, həm də 2007 Universiadasında qızıl medala layiq görülüb.
Beate Schrott London 2012 Olimpiya Oyunlarında qadınlar arasında sədlərlə 100 m məsafəyə qaçışı 8-ci yerdə bitirib, Andreas Vojta isə Londonda 1500 m məsafəyə qaçışda yarışıb.
Bakı 2015 Avropa Oyunlarında Avstriyanı təmsil edəcək Ivona Dadic 200 m məsafəyə qaçışda mübarizə aparacaq. O, 2012-ci ildə heptatlon üzrə Olimpiya Oyununda yarışmış ilk avstriyalı qadın idmançıdır.
Avstriyanı təmsil edəcək və daha böyük beynəlxalq təcrübəyə malik idmançılardan, son qapalı şəraitdə keçirilmiş atletika üzrə Avropa Çempionatında 3000 m məsafəyə qaçışı 10-cu yerdə başa vurmuş cütlüyün bir üzvü Jennifer Wenth, digəri isə 2009 Avropada Gənclər Arasında Olimpiya Festivalında nüvə atıcılığı və disk atıcılığı üzrə iki medal qazanmış Lukas Weißhaidinger olacaq.
Avstriya Bakı 2015 Avropa Oyunlarında atletika üzrə tək komanda medalı uğrunda Albaniya, Andorra, Ermənistan, Azərbaycan, Bosniya və Herseqovina, Kosovo, Gürcüstan, İsrail, Lüksemburq, Malta, Makedoniya, Moldova, Monteneqro, Slovakiya və Lixtenşteyn, San Marino və Cəbəllütariqdən ibarət kiçik dövlətlərin komandalarına qarşı mübarizə aparacaq.
Kişilərdən ibarət komandanın üzvlərinin tam siyahısı:
Benjamin Grill (100 m), Dominik Distelberger (200 m), Dominik Hufnagl (400 m), Nikolaus Franzmair (800 m), Andreas Vojta (1500 m), Brenton Rowe (3000 m), Valentin Pfeil (5000 m), Dominik Siedlaczek (sədlərlə 110 m), Thomas Kain (sədlərlə 400 m), Christian Steinhammer (maneələri dəf etməklə 3000 m);
Josip Kopic (hündürlüyə tullanma), Paul Kilbertus (şüvüllə tullanma), Julian Kellerer (uzunluğa tullanma), Roman Schmied (üç təkanla tullanma);
Lukas Weisshaidinger (nüvə atıcılığı), Gerhard Mayer (disk atıcılığı), Benjamin Siart (çəkic atıcılığı), Matthias Kaserer (nizə atıcılığı);
Ekemini Bassey, Markus Fuchs, Benjamin Grill, Christoph Haslauer and Thomas Rosenthaler (4x100 m); Nikolaus Franzmair, Mario Gebhardt, Dominik Hufnagl, Thomas Kain, Andreas Rapatz and Christian Smetana (4x400 m).
Qadınlardan ibarət komandanın üzvlərinin tam siyahısı:
Viola Kleiser (100 m), İvona Dadic (200 m), Susanne Walli (400 m), Pamela Merzendorfer (800 m), Elisabeth Niedereder (1500 m), Jennifer Wenth (3000 m), Anita Baierl (5000 m), Beate Schrott (100 m, sədlər), Verena Menapace (sədlərlə 400 m), Stefanie Huber (maneələri dəf etməklə 3000 m);
Nina Luyer (hündürlüyə tullanma), Kira Grünberg (şüvüllə tullanma), Sarah Lagger (uzunluğa tullanma), Michaela Egger (üçtəkanla tullanma);
Veronika Watzke (nüvə atıcılığı və disk atıcılığı), Julia Siart (çəkic atıcılığı), Elisabeth Eberl (nizə atıcılığı);
İvona Dadic, İna Huemer, Viola Kleiser, Alexandra Toth and Eva Wimberger (4x100 m); Verena Menapace, Elisabeth Niedereder, Verena Preiner, Carina Schrempf, Julia Schwarzinger and Susanne Walli (4x400 m).
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi


































.jpg)
