Bakı 2015
Böyük Britaniya 153 idmançının adını açıqladı
Bakı 2015 Avropa Oyunlarında ümumilikdə 150-dən çox britaniyalı idmançı mübarizə aparacaq. Artıq Böyük Britaniya Bakı 2015-də yarışacaq idmançılarının adlarını elan edib.
Publika.az xəbər verir ki, olimpiya çempionları Nikola Adams, Ceyd Cons və Ed Makkiver iyunda Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək britaniyalı idmançılardan ibarət komandaya rəhbərlik edəcəklər. Bu üçlük digər 150 idmançıya qoşularaq 12-28 iyun tarixlərində 13 müxtəlif idman növü üzrə mübarizə aparacaq.
Britaniya idmançıları 19 idman növündə yarışacaqlar. Bu idman növlərindən 10-u Rio 2016 Olimpiya Oyunlarına lisenziya qazanmaq baxımından böyük önəm daşıyır. Avropa Oyunlarında iştirak edəcək britaniyalılardan ibarət komandanın rəhbəri Mark İnqlend bu barədə belə danışıb:
“Bu çox böyük fürsətdir. İdmançılarımızın əksəriyyəti özlərini Avropanın ən güclülərinə qarşı yarışmaqla sınayacaqlar. Onlar çoxnövlü idman yarışlarında əhəmiyyətli təcrübə qazanacaqlar və eyni zamanda Rio 2016-ya gedən yollarını inşa edəcəklər”.
Qeyd edək ki, bu idmançıların əksəriyyəti ilk dəfədir belə böyük çoxnövlü idman yarışlarında iştirak edirlər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
