Bakı 2015
Okeanın o tayında da “Bakı 2015”-dən danışdılar
Çili Respublikasının paytaxtı Santyaqo şəhərində keçiriləcək Güləş üzrə Panamerika Çempionatından öncə Dünya Güləş Birliyi Amerika Şurasının növbəti Konqresi keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev və Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov da iştirak edib.
Şuraya üzv ölkə federasiyalarının rəhbərləri ilə yanaşı, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvlərinin də qatıldığı Konqresi açıq elan edən Dünya Güləş Birliyi Amerika Şurasının prezidenti Fransisko Eduardo Lee Lopez gündəlikdə duran məsələlər barədə məlumat verib. Həmçinin Fransisko Eduardo Lee Lopez tarixdə ilk dəfə Bakıda keçiriləcək I Avropa Oyunlarına xüsusi yer ayırıb və Azərbaycanın “Bakı 2015”-ə hazırlıq işlərini yüksək qiymətləndirib.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev konqresdə geniş təqdimatla çıxış edib. Ölkəmizin I Avropa Oyunlarına hazırlığından bəhs edən video və fotoslayd nümayiş etdirildikdən sonra Namiq Əliyev hazırlıqla bağlı görülmüş işlər barədə Konqres iştirakçılarına məlumat verib. O, ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin hazırlıq prosesini daim diqqət mərkəzində saxladığını bildirib.
“Dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda hər il onlarla beynəlxalq səviyyəli idman yarışları təşkil olunur. Biz inanırıq ki, startına 50 gündən az vaxt qalan və ilk dəfə keçiriləcək Avropa Oyunları da dünya idmanı tarixində öz layiqli yerini tutacaq. Azərbaycan dünya miqyaslı idman və digər tədbirlərin təşkili sahəsində zəngin təcrübəyə malikdir. Qazanılmış bu təcrübə I Avropa Oyunları zamanı bütün dünya ictimaiyyətinin diqqətini Azərbaycana, onun paytaxtı Bakıya cəlb edəcək və 12-28 iyun tarixlərində bütün idman dünyasının nəbzi məhz Bakıda döyünəcək. 20 idman növü üzrə yarışların baş tutacağı Oyunlarda güləş yarışları bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki güləş bizim milli idman növümüzdür. Ölkəmizdə güləşin dərin tarixi kökləri vardır”.
Qeyd edək ki, “Bakı-2015”-in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13-18 iyun tarixlərində keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi


































.jpg)
