Bakı 2015
“Bakı-2015”-lə bağlı Polşada təqdimat
Aprelin 21-dən 24-dək Polşada “Bakı-2015” ilk Avropa Oyunlarına həsr edilmiş silsilə tədbirlər keçirilib.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, tədbirlərdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov və MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi, “Bakı-2015” ilk Avropa Oyunları nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva iştirak ediblər.
Tədbirlər arasında Polşa Olimpiya Komitəsində “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunan təqdimat mərasimi xüsusi əhəmiyyət daşıyıb. Təqdimat mərasiminə Polşa Olimpiya Komitəsinin prezidenti, bu ölkənin idman və turizm naziri, Prezident yanında Administrasiyanın rəhbəri, Polşanın idman birliklərinin və dövlət qurumlarının nümayəndələri, KİV-lərin təmsilçiləri qatılıblar.
Aprelin 24-də isə Polşa Olimpiya Komitəsinin Baş Assambleyasının illik yığıncağı keçirilib.
Hər iki tədbirdə Çingiz Hüseynzadə və Könül Nurullayeva Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı təqdimatlarla çıxış ediblər. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov çıxışında ölkələrimiz arasındakı münasibətlərin tarixi köklərinə toxunub, ilk Avropa Oyunlarının respublikamız üçün əhəmiyyətindən danışıb.
Birinci Avropa Oyunları ilə bağlı müxtəlif qurumlarda keçirilən görüşlərdə təqdimatla yanaşı, “Bakı-2015” ilə bağlı polyak dilində xüsusi hazırlanmış videoçarx nümayiş etdirilib, təbliğat materialları paylanıb.
Eyni zamanda, silsilə tədbirlər çərçivəsində “Olimpiyski” jurnalının növbəti buraxılışının təqdimatı olub. “Debütdən əvvəl” adı altında nəşr edilən buraxılış “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunub.
Həmçinin Çingiz Hüseynzadə Polşanın “Olimpiyski” jurnalına, Polşa Mətbuat Agentliyinə, Polşa Radiosunun 1-ci və 4-cü proqramlarına, “TV Polsat” kanalına, Polşa Radio Məlumat Agentliyinə, “İdman icmalı” qəzetinə və Polşa Voleybol Birliyinin internet səhifəsinə müsahibə verib.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin

























.png)











.jpg)
.jpg)