Bakı 2015
“Əl-İttihad: Avropa Oyunları Azərbaycanda turizmin inkişafına təkan verəcək
Birləşmiş Ərəb Əmirliklərində ərəb dilində yüksək tirajla dərc olunan nüfuzlu “Əl-İttihad” qəzeti Bakıda keçiriləcək birinci Avropa Oyunlarının yay turizminin inkişafına təkan verəcəyini yazıb.
Azərbaycanın müasir turizm imkanlarından bəhs edən müəllif Nəsrin
Dərzi “Sivilizasiyaların mərkəzində füsunkar təbiət” sərlövhəli
yazıda may-sentyabr aylarında Azərbaycanın turizm potensialının
spesifik xüsusiyyətlərindən bəhs edib. Müəllif bildirib ki,
Azərbaycan dövləti ölkənin coğrafi imkanlarını turizmin inkişafı
istiqamətində dəyərləndirir və yay mövsümünün turistləri üçün təkcə
günəşli çimərliklərdə yox, həm də Qafqaz dağlarının ətəklərində,
füsunkar təbiətin qoynunda müalicəvi resurslar, istirahət və
gəzinti imkanları təqdim edir.
Yazıda jurnalist Nəsrin Dərzi bu il Bakıda təşkil olunacaq birinci
Avropa Oyunlarını böyük idman hadisəsi olmaqla bərabər, həm də
turizmin təbliğində və inkişafında yeni mərhələ kimi
qiymətləndirib. Qeyd olunub ki, Azərbaycan coğrafi mövqeyi,
təbiəti, tarixi və müasir inkişaf potensialı baxımından hazırda
postsovet məkanında ən çox üz tutulan turizm ölkəsidir. Bu mənada
yay mövsümünə təsadüf edən ilk Avropa Oyunları təkcə idman
həvəskarlarının yox, eyni zamanda, turistlərin də maraq dairəsində
olacaq.
AZƏRTAC
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)
























.jpg)

.jpg)