Bakı-2015: Almanlar iddialıdır
Bizi izləyin

Bakı 2015

Bakı-2015: Almanlar iddialıdır

Almaniyalı idmançılar Markus Bökerman və Larz Flüggen ən yaxşı oyunçular arasında 13-cü yer verilməyinə baxmayaraq, çimərlik voleybolu turunun birinci dayanacağı olan Beynəlxalq Voleybol Federasiyanın (FİVB) Fuçjou şəhərində keçirilmiş 2015 Voleybol Turnirinin açılış qarşılaşmasında qələbə qazanıblar.

Publika.az xəbər verir ki, Bökerman və Flüggen Çində keçirilmiş final oyununda 2-0 (21-19, 21-19) hesabı ilə niderlandiyalı keçmiş dünya çempionları Aleksandr Brouer və Robert Miuseni məğlub edib.

Bürünc medal uğrunda itirdiklərini qaytarmaq üçün fransız cütlüyü Yossef Krou və Eduard Roulandson amerikalı Todd Rocerz və Stafford Slik üzərində qələbə əldə edib.

Rocerz ilə Slik ikinci mərhələdə ən yaxşı oyunçular sırasında olan Reynder Nummerdor ilə Kristian Varenhorsta qalib gəlib, çünki Nummerdorun baldırında problem olduğuna görə, danimarkalı cütlük oyundan çıxmaq məcburiyyətində qalıb.

"Bu, Axilles vətəri, baldırla bağlı problemdir. Biz risk etmək istəmirik", - deyə danimarkalı baş məşqçi bildirdi və belə əlavə etdi: "Sağalmaq üçün nə qədər vaxt lazım olduğunu bilmirik. Biz Hollandiyaya qayıdıb, bunun nə dərəcədə ciddi olmasını müəyyənləşdirəcəyik. Əlbəttə, bu çox acınacaqlıdır. Birinci turnirdir, biz yaxşı nəticə əldə etmək istəyirik."

Qadınlar arasında çempion tituluna alman Çantal Laboureur ilə Culia Syud üzərində 2-0 (21-17, 23-21) hesabı ilə qələbə qazanan kanadalı Cəmi Linn Broder və Kristina Valcas sahib olub.

Ən yaxşı komandalar arasında 13-cü yerdə olan kanadalılar ən yaxşı komandalar arasında 2-ci yerdə və hal-hazırda çempion olan amerikalı Kerri Uolş ilə April Rossu yarımfinallarda üstələdilər. Ən yaxşı komandalar arasında üçüncü yerdə olan Labourer ilə Syud yarım-finallarda birinci yerdə olan Vanq Fan ilə Yu Yuanu məğlub etdilər.

Üçüncü ardıcıl il üçün FİVB mövsümü Fuçjouda açıldı. Bu turnir Rio 2016 Olimpiya Oyunları üçün də Olimpiya kvalifikasiya mərhələsinə də start verdi.

Avropa cütlüklərinin bir çoxu Bakı 2015 Avropa Oyunlarında yarışlarda iştirak edəcəklər.

İkinci mərhələdə uduzan finlandiyalı qadın cütlüyü Riikka Lehtonen ilə Taru Lahtinin Bakı 2015-də iştirak etmək üçün namizədliyi artıq öz Milli Olimpiya Komitəsi tərəfindən verilib.

Fuçjouda keçirilmiş açılış oyunlarında azərbaycanlı qadınlardan ibarət iki komanda mübarizə aparırdı. Lakin nə Liliia Kərimova ilə Rakel Qonkalvz, nə də ki, Vivian Dabiel Da Konkeykao Kunha ilə Zinaida Lyubimova müvafiq olaraq A və C liqalarındakı oyunda qələbə qazana bilmədilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm