Bakı 2015
Məşəl Qarabağa istiqamət aldı
Bakı 2015 İlk Avropa Oyunlarının məşəl estafeti davam edir. Dünən Saatlı və Sabirabadı dolaşan məşəl artıq İmişliyə yola salınıb.
Publika.az xəbər verir ki, festival çərçivəsində İmişlidə saat 12:00-da məşəl estafeti olacaq. Qarşılama mərasimi saat 13:00-da Heydər Əliyev parkında baş tutacaq. Tədbirin yekunlaşdırılması isə saat 13:30 üçün nəzərdə tutulub.
İmişlidən sonra məşəl yürüşü 124 min nəfər əhalisi olan Horadizdə davam etdiriləcək. Saat 19:10-da məşəl estafeti, 20:10-da Heydər Əliyev parkında alov festivalı baş tutacaq. Tədbirin yekunlaşdırılması isə saat 21:30-da olacaq.
Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşacaq və açılış mərasimində Bakı “Olimpiya” stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.
10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
Aygün İlqarqızı
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)
