Bakı 2015
Avropa Oyunlarına hazırlığı Kiyevdə davam etdirirlər
Qadın güləşi üzrə gənclərdən və böyüklərdən ibarət yığma komandamız qarşıdan gələn ilk Avropa Oyunlarına hazırlığı Kiyevdə davam etdirir.
Publika.az xəbər verir ki, mayın 6-dan etibarən güləşçilərimiz Ukrayna güləşçiləri ilə birgə təlim-məşq toplanışına başlayıb.
Yığma komandanın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Konstantin Konorev, gənc qızlardan ibarət yığma komandanın böyük məşqçisi Yaqub Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına 14 güləşçi cəlb olunub.
Türkan Nəsirova (44 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan, Leyla Qurbanova, Solmaz Həşimzadə (hamısı 53 kq), Nataliya Sinişin, Alyona Kolesnik, Almaz İsmayılova (hamısı 55 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Muşka (69 kq), Səbirə Əliyeva və Gözəl Zutovanın (hər ikisi 75 kq) iştirak etdiyi təlim-məşq toplanışı mayın 20-dək davam edəcək.
Qeyd edək ki, “Bakı 2015”-in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına idman sarayında baş tutacaq yarışlar 13-18 iyun tarixlərində keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)
