Bakı 2015
Bakı Olimpiya Stadionu sınaqdan keçiriləcək: yollar bağlanacaq
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi iyunun 12-də start götürəcək Avropa Oyunlarından öncə, mayın 9-da Olimpiya Stadionunun hazırlıq vəziyyətini sınaqdan keçirəcək.
Əməliyyat Komitəsindən Publika.az-a verilən məlumata görə, ictimaiyyət üçün qapalı olan tədbir son həftələrdə arenalarda baş tutmuş oxşar təşəbbüslərin sonuncusudur.
Mayın 9-da saat 12:00-dan 19:00-a qədər Bakı Olimpiya Stadionuna yaxın ərazilərə getmək istəyən və ya bu zonada ictimai nəqliyyatdan istifadə edəcək sakinlərin nəzərinə çatdırılır ki, həmin saatlarda bu ərazidən keçən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
9 may tarixdə və Bakı-2015 Avropa Oyunları zamanı şəhərdaxili nəqliyyatın hərəkət planı barədə ən son məlumatları aşağıdakı mənbələrdən əldə etmək olar:
Bakı-2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng
etməklə;
Nəqliyyat Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər
İcra Hakimiyyətinin rəsmi internet səhifələri;
Radio, rəsmi internet və "facebook" səhifələri də daxil olmaqla
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əlaqə kanalları.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)
